0

YYSQ layihələr və elmler.net portalının Peşə Liseyində təqdimatı

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatılarını davam etdir…

13 noyabr tarixində – bu gün növbəti intellektual-kreativ tədbirimizin ünvanı Bakı şəhərində yerləşən 4 saylı Peşə Liseyi, onun çoxsaylı müəllim və tələbə kollektivi oldu.

Əvvəlcədən seçilmiş şagirdlərin iştirakıyla keçirilən tədbirdə www.elmler.net və www.kitabxana.net portalının təqdimat-tanıtım ilə yanaşı, YYSQ-nin gənc yazar üzvləri ilə görüşüdə baş tutdu.

Tədbiri 4 saylı Peşə Liseyinin direktor müavini Mehriban xanım Səmədova açaraq qonaqları salamladı, təqdimat-tədbir haqqında qısaca məlumat verdi.

YYSQ sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov geniş təqdimatla çıxış edərək layihə haqqında danışdı, bildirdi ki, www.elmler.net və www.kitabxana.net portallarında 50 yeni nəsil alimin elmi e-kitabları hazırlanaraq yerləşdirilib. Çıxışçı təqdimatında İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğindən geniş məlumatlar verib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) – Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyələşdirdiy, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə tələbələrə həmyaşıdlarına ötürmək üçün məlumat və bilgilər çatdırılıb.

Aydın Xan Əbilov, eyni zamanda, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.

Tədbirdə təşkilatın fəal üzvlərindən Mirzə İskəndərov, Günay Əliyeva təqdimatlarla şagirdlərin qarşısında çıxış etdilər, suallarını cavablandırdılar.

Daha sonra müzakirə formasında tədbir davam etdi: mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında polemika aparılıb…

Eləcə də qurum adından gənc alim və müəlliflərin 150-dən çox kitabı, eyni zamanda layihə çərçivəsində hazırlanan, 50 elektron kitabın toplandığı DVD-lər iştirakçılara və məktəbin kitabxanasına hədiyyə edildi.

4 saylı Peşə Liseyin rəhbərliyinə, eləcə də müəllimlərə, kitabxanaçılara, şagirdlərə və YYSQ-çilərə xüsusi minnətdarlıq…

YYSQ İctimai Qurum və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir