0

YYSQ Bayraq və İntellekt gününü uşaqlarla qeyd etdi…

Yeni Yazarlar və Sənətçilər Qurumunun təzə İnternet resursu -www.elmler.net saytını silsilə mobil tanıtımı davam edir…

9 noyabr – Dövlət Bayrağı Günü və 10 noyabr – Ümumdünya Elm Günü münasibətilə növbəti intellektual-kreativ tədbirini keçirtdi…

Bakını Binə qəsəbəsində yerləşən “Ümid Yeri – uşaqlar üçün Sığınacaq”da www.elmlər.net portalının təqdimat-tanıtım tədbiri keçirildi. Gənc yazarlarla uşaqların görüşü, eləcə də YYSQ adından gənc alim və müəlliflərin 200-dən çox kitabı, eyni zamanda layihə çərçivəsində hazırlanan 50 elektron kitabın toplandığı DVD-lər Sığınacağın kitabxanasına və uşaqlara hədiyyə edildi.


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) – Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyələşdirdiy, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində növbəti tədbiri məhz müxtəlif yaşlı kimsəsiz uşaqlarla birlikdə keçirildi.

Tədbiri Sığınacağın rəhbəri Nigar Mənsimova açaraq qonaqları salamladı.
YYSQ sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov geniş təqdimatla çıxış edərək layihə haqqında, İnternetdəki elektron şəbəkə resursları barədə, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğindən geniş danışdı.

Aydın Xan Əbilov eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.
Tədbirdə təşkilatın fəal üzvlərindən Orxan Ramazanov, Mirzə İskəndərov, Günay Əliyeva çıxış və təqdimatlarla məktəblilərin qarşısında çıxış ediblər…

Sığınacağın yaradan Nigar xanıma – Nigar Mensimovaya xüsusi təşəkkürlər…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir