0

Xəzər Universiteti: elmler.net və kitabxana.netin mobil tanıtımı

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatılarını davam etdirir…

11 noyabr tarixində növbəti intellektual-kreativ tədbir Xəzər Universitetində keçirildi…

Əvvəlcədən seçilmiş tələbələrin iştirakıyla keçirilən tədbirdə www.elmler.net və kitabxana.net portalının təqdimat-tanıtım ilə yanaşı, YYSQ-nin gənc yazar üzvləri ilə görüşü baş tutdu.


Eləcə də qurum adından gənc alim və müəlliflərin 150-dən çox kitabı, eyni zamanda layihə çərçivəsində hazırlanan, 50 elektron kitabın toplandığı DVD-lər iştirakçılara və universitet kitabxanasına hədiyyə edildi.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) – Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyələşdirdiy, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə tələbələrə həmyaşıdlarına ötürmək üçün məlumat və bilgilər verilib.

YYSQ sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov geniş təqdimatla çıxış edərək layihə haqqında danışıb, İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğindən geniş məlumatlar verib.

Tədbirdə təşkilatın fəal üzvlərindən gənc şair-publisitlər İntiqam Yaşar, Mirzə İskəndərov, Nicat Həşimzadə, Çingiz Hüseynov, Paşa Vəliyev və b. təqdimatlarla tələbələrin qarşısında çıxış etdilər, şeirlərini oxudular, suallarını cavablandırdılar.

Daha sonra qızğın diskussiya formasında tədbir davam edib: mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında polemika aparılıb…

Xəzər Univertitetinin rəhbərliyinə, eləcə də tələbələrə və YYSQ-çilərə xüsusi minnətdarlıq…

YYSQ İctimai Qurum və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir