0

Turizm İnstitutu: Gənc e-elm – elmler.net portalının təqdimatı

Azərbaycan Turizm İnstitutunda Gənc e-elm – www.elmler.net portalının təqdimatı 9 noyabr rəsmi Dövlət Bayramı günü ərəfəsində baş tutdu…

Azərbaycan Turizm İnstitutunda YYSQ-nin təqdimatımıza…

Yeni resursumuzu – www.elmler.net saytını tanıtımına davam edirik…

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) – Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyələşdirdiy, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbə gənclərə www.elmlər.net portalının təqdimat tanıtım tədbiri keçirildi.

Tədbiri ATİ müəllimi, Vusalə Məmmədzadə açaraq qonaqları salamladı və sözü YYSQ sədri, kitabxana.net və elmler.net portallarının yaradıcısı Aydın Xan Əbilova verdi. A.X.Əbilov YYSQ adından ATİ-yə gənc alim və müəlliflərin 120-dən çox kitabını, eləcə də layihə çərçivəsində hazırlanan 50 elektron kitabın toplandığı 100 DVD hədiyyə etdi.

Daha sonra Aydın Xan Əbilov layhə haqqında geniş məlumatları çatdırdı.
YYSQ İKT bölümünün, eləcə də elmler.net və ducit.net saytlarının proqram rəhbəri Mirzə İskəndərov çıxış edərək İnternet resurlarının bir sıra üstünlükləri barədə bilgiləri paylaşdı.

Aydın Xan Əbilov eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırıldı, foto-şəkillər çəkildi..

YYSQ İctimai Qurumlarla Əlaqə və KİV bölümü

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir